Gündəm / Cəmiyyət
01 iyun 2023
1
Qəbul imtahanlarının ikinci mərhələsi ilə bağlı DƏYİŞİKLİK
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün ərizə qəbulu tarixlərinə düzəliş edilib və qeydiyyat prosesi iyunun 5-dən 20-dək aparılacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi” haqqında 25 may 2023-cü il tarixli 164 nömrəli Qərarına uyğun olaraq 26 iyun-2 iyul tarixləri qeyri-iş günləri hesab olunduğundan imtahana hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün qeydiyyat prosesinin iyunun 20-dək aparılması nəzərdə tutulub.
Xatırladaq ki, imtahanların 2-ci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu üzrə 9 iyul, I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu üzrə isə 23 iyulda keçiriləcək.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Yay qəbul imtahanlarında iştirak üçün qeydiyyat başlanır](http://azadmedia.az/uploads/posts/2022-06/1654684325_1649593144_exam_imtahan_140920-1.jpg)
Yay qəbul imtahanlarında iştirak üçün qeydiyyat başlanır
Təhsil![Qəbul imtahanlarının növbəti cəhdi üçün neçə min abituriyent qeydiyyatdan keçib?](http://azadmedia.az/uploads/posts/2022-06/1655450081_file16618.jpeg)
Qəbul imtahanlarının növbəti cəhdi üçün neçə min abituriyent qeydiyyatdan keçib?
Gündəm / Cəmiyyət![II və III ixtisas qrupları üzrə qeydiyyat bu gün başa çatır](https://www.xeberler.org/uploads/posts/2022-06/medium/1655706316_1591683174.sened-qeydiyyat-emek.jpg)
II və III ixtisas qrupları üzrə qeydiyyat bu gün başa çatır
Gündəm / Cəmiyyət![Bu gün III ixtisas qrupu üzrə İMTAHAN KEÇİRİLƏCƏK](http://azadmedia.az/uploads/posts/2022-05/1653113653_exam_imtahan_140920.jpg)
Bu gün III ixtisas qrupu üzrə İMTAHAN KEÇİRİLƏCƏK
Gündəm / Cəmiyyət![I və IV ixtisas qrupları üzrə imtahana qeydiyyat başa çatır](http://azadmedia.az/uploads/posts/2022-07/1656913541_1647242777_1630852450_azedu_az_dim_66-1.jpg)
I və IV ixtisas qrupları üzrə imtahana qeydiyyat başa çatır
Gündəm / Cəmiyyət