Gündəm / Dünya
29 iyun 2023
0

Ukraynaya hücum edən rus qoşunlarının komandan müavini saxlanıldı - KİV

Ukraynaya hücum edən rus qoşunlarının komandan müavini saxlanıldı - KİV


Ukraynada cəbhə zonasındakı Rusiya qoşun qruplaşmasının komandan müavini, ordu generalı Sergey Surovikin saxlanılıb.

Bu barədə “Financial Times” məlumat yayıb.

Qəzet bildirir ki, Surovikinin saxlanılması çox güman ki, “Vaqner”in baş tutmayan qiyamı ilə bağlıdır. Guya general qiyam barədə əvvəldən məlumatlı olub.

Qəzet vurğulayır ki, komandan müavininin qiyamda iştirakçı kimi, yoxsa şahid kimi saxlanıldığı dəqiqləşməyib.