Gündəm / Mədəniyyət
12 may 2020
45

"Xəzər TV"də daha bir veriliş dayandırıldı

Milliinfo.az

"Xəzər TV"də daha bir veriliş dayandırıldı



"Xəzər TV"də daha bir veriliş dayandırıldı


Xəzər Televiziyasında Kamal Dənizin "Çöl adamı" verilişinin yayımı dayandırılıb.

Sonxeber.az-ın xəbərinə görə, Kamal Dəniz xəbəri təsdiq edib: "Bəli, aprelin 15-dən verilişin yayımı dayandırılıb. Amma çəkilişlərimiz davam edir. Hazırda Şəmkir rayonunda çəkilişdəyik. Bu veriliş müəllif layihəmdir. Azərbaycan tarixi, milli mətbəxi, mədəniyyəti, təbiətini əks etdirən və təbliğ edən verilişdir. Kifayət qədər tamaşaçı kütləsi var. Tamaşaçılar yaxın vaxtlarda Xəzər Televiziyasında olmasa da, başqa telekanalların birində verilişi izləyə biləcəklər".

Aparıcı verilişin yayımının hansı səbəbdən dayandırılmasına belə aydınlıq gətirib:

"Yeni format təklif olundu, qəbul etmədim. Ərizəmi yazıb işdən çıxdım".Yenicag