Gündəm / Dünya
11 dekabr 2023
0

Muxtar Babayev türkiyəli nazir müavini ilə görüşdü


Azərbaycan nümayəndə heyəti qardaş Türkiyənin COP 28 çərçivəsində fəaliyyət göstərən pavilyonunu ziyarət edib.  

Ziyarət zamanı Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini xanım Fatma Varank ilə görüşüb.

Görüşdə iqlim dəyişmələri sahəsində ölkələrimiz üçün əhəmiyyətli olan birgə əməkdaşlıq məsələləri müzakirə olunub.