Gündəm / Cəmiyyət
15 dekabr 2023
0

Azərbaycan əhalisinin sayı açıqlandı


Əhalinin son siyahıya alınmasının nəticəsi əsasında 2023-cü il noyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 172 823 nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.