Gündəm / Dünya
26 dekabr 2023
0

Paşinyan Sankt-Peterburqda: Putinin ona çətin sualları var

Paşinyan Sankt-Peterburqda: Putinin ona çətin sualları var

Dünən Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edib. O, Sankt-Peterburq şəhərində keçirilən Avrasiya İqtisadi Ali Şurasının sessiyasında iştirak edib.

Ermənistanın "Joğovurd" qəzeti Paşinyanın səfəri barədə bir sıra diqqətəlayiq detallar açıqlayıb.

Bildirilir ki, Paşinyan bu gün, dekabrın 26-da isə MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu uzun fasilədən sonra Paşinyan-Putin arasında danışıqlar üçün yaxşı fürsət adlandırıb.

Nəşr yazır ki, Moskva Paşinyanın Rusiyaya səfərini xüsusilə gözləyirdi. "Çünki onların Paşinyana çoxlu sualları var və Rusiya prezidenti Paşinyandan şəxsən aydınlıq almaq istəyir", - məqalədə deyilir.

Qəzet bildirir ki, Rusiya hakimiyyəti bu dəfə çox ciddidir və Paşinyandan həddindən artıq gərgin vəziyyətdə olan Rusiya-Ermənistan əməkdaşlığı və münasibətləri ilə bağlı aydın və konkret cavablar verməsini tələb edəcək:

"Ermənistan hakimiyyəti uzun müddət Rusiyanın vasitəçiliyi ilə təşkil edilən bütün görüşlərdən yayınırdı, lakin, deyəsən, Paşinyan hökuməti nRusiya ilə münasibətləri pozmaq fikrindən peşman olub və münasibətləri bərpa etmək qərarına gəlib".

Məlum olduğu kimi, uzun müddətdir ki, rəsmi İrəvan Rusiya platformalarını boykot edir, nə Ermənistanın xarici işlər naziri, nə parlamentin sədri, nə də Baş nazir Rusiyanın himayəsi altında keçirilən siyasi toplantılarda iştirak edir. Onlar yalnız iqtisadi əlaqələri qoruyub saxlamağa çalışırlar.


Bir müddət əvvəl Ermənistanın hakim partiyasının Gümrüdə keçirilən siyasi toplantısında Nikol Paşinyan və Ararat Mirzoyan gileyləniblər ki, Qərb onların addımlarını düzgün dəyərləndirmir, ona görə də Rusiya ilə yumşaq siyasətə keçməyin vaxtı çatıb. Bununla o, qarşıdakı tədbirlərdə iştirakına aydınlıq gətirib.

Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Moskva Ermənistandan Nikol Paşinyanın MDB ölkələri liderlərinin ənənəvi qeyri-rəsmi görüşündə, eləcə də Avrasiya İqtisadi İttifaqının rəsmi görüşündə iştirak edəcəyi barədə siqnal alıb.