Gündəm / Dünya
29 dekabr 2023
1

Rusiya Kiyevi yenidən bombaladı - Çoxlu sayda ölü və yaralı var

Rusiya Kiyevi yenidən bombaladı - Çoxlu sayda ölü və yaralı var


Ukraynanın paytaxtı Kiyevə Rusiya tərəfindən kütləvi dron və raket hücumu edilib.

Həmçinin Lvov, Xarkov və digər vilayətlərə də hücum təşkil olunub.

Podolsk vilayətində isə təxminən 3000 m2 sahəni əhatə edən anbar yanır. Çoxlu yaralılar var, say dəqiqləşdirilir. Hazırda zərərçəkənlərin axtarışı aparılır.

Kiyevin Svyatoşinski rayonunda yaşayış olmayan çoxmərtəbəli binada yanğın qeydə alınıb. Digər yerdə isə park edilmiş 3 avtomobil yanıb. Hər iki yanğın söndürülüb. 1 nəfər həyatını itirib.

Paytaxtın Şevçenko rayonunda yaşayış binasına ziyan dəyib. Qaraj sahəsində baş verən yanğın söndürülüb. Anbarlarda və qeyri-yaşayış binalarında da yanğın qeydə alınıb. İlkin olaraq həlak olan 6 nəfərin şəxsiyyəti müəyyən edilib.

Darnitski rayonunda evə ziyan dəyib. Yanğın yoxdur. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.(UNIAN)