Gündəm / Dünya
02 fevral 2024
0

Putin dayanmayacaq, qələbə qazansa... - Rumıniya


Bütün Avropa sakinləri kimi Rumıniya əhalisi də Rusiya təcavüzünün mümkün genişlənməsinə hazırlaşmalıdır.

Bu sözləri Rumıniya Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbəri Georqitsa Vlad deyib.

“Rusiya dünya nizamı və demokratiya üçün problemə çevrilib, buna görə də əslində o, təkcə Ukrayna ilə deyil, demokratik dünya ilə müharibə aparır. Avropa Birliyinin, Avropanın bütün əhalisi kimi, Rumıniya əhalisi də narahat olmalıdır və hazırlaşmaq üçün müvafiq tədbirlər görməliyik”, - o bildirib.

Q.Vlad vurğulayıb ki, Ukraynada qələbə çalacağı təqdirdə Rusiya dayanmayacaq və çox güman ki, Moldovaya hücum edərək, Qərbi Balkanlarda eskalasiyaya səbəb olacaq.