Gündəm / Cəmiyyət / Sosial
23 iyun 2020
58

Sərtləşdirilmiş Xüsusi Karantin Rejimində KİV-lərin fəaliyyətinə dair Operativ Qərargahın məlumatı

Nazirlər Kabineti yanında Operativ Qərargah


Sərtləşdirilmiş Xüsusi Karantin Rejimində KİV-lərin fəaliyyətinə dair Operativ Qərargahın məlumatı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli qərarına əsasən “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilmişdir.

Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrin siyahısında kütləvi informasiya vasitələrinin (KİV) də adı qeyd edilib. Bu məqam sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-lərin fəaliyyətinin hüquqi təminatıdır və onu göstərir ki, KİV-lərin fəaliyyəti ilə bağlı heç bir hüquqi məhdudiyyət yoxdur.

Belə ki, KİV -i informasiya əldə edib və yayımlama üçün qanun çərçivəsində iş fəaliyyətlərini davam etdirmək hüququna malikdirlər.

Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə bu hüquqdan istifadənin texniki tərəfi icazə.e-gov.az portalında qeydiyyatdan keçməklə həll olunur.

Azərbaycanda akkreditasiyadan keçmiş xarici KİV-lərin təmsilçiləri haqda məlumatlar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən icazə.e-gov.az portalına daxil edilib.

Yerli KİV-lərin nümayəndələri isə, Qərarda qeyd olunduğu kimi, fəaliyyət göstərdikləri KİV-in rəhbərliyi tərəfindən icazə.e-gov.az portalında qeydiyyatdan keçirilməlidir.

Mülki hüquqi müqavilə əsasında fəaliyyət göstrərən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən, hər hansı hüquqi şəxslə müqavilə bağlamadan VÖEN əsasında fərdi fəaliyyət göstərən şəxslər barədə məlumatlar onların özləri tərəfindən gücləndirilmiş elektron imzadan istifadə etməklə icazə. e-gov.az portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.

Qeydiyyatla əlaqədar yaranan problemlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə

Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinə müraciət oluna bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən görülən tədbirlər saxta vəsiqə daşıyan və özlərini jurnalist kimi təqdim edən işbazlar
yaradılmış icazə e.gov.az portalı vasitəsilə asanlıqla saxtakarlıqları aşkar olunacaqlar.