Gündəm
01 iyul 2020
58

Bakıda döyüş tətbiqinə yararlı olan əl qumbarası aşkar edilidi

Milliinfo.az

Bakıda döyüş tətbiqinə yararlı olan əl qumbarası aşkar edilidi



Bakıda döyüş tətbiqinə yararlı olan əl qumbarası aşkar edilidi



Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub.



FHN-dən Metbuat.az-a verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub.
XRXX-nın mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib.

Aşkar olunan sursata baxış zamanı müəyyən olub ki, bu, döyüş tətbiqinə yararlı olan 1 ədəd əl qumbarasıdır. Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Sursatın tapıldığı əraziyə yeraltı və yerüstü baxış zamanı heç bir şübhəli əşya aşkar olunmayıb.