Gündəm / Dünya
27 may 2024
0

İrəvanda gərginlik: saxlanılanlar 100-ü keçdi - YENİLƏNİB



İrəvanda 137 etirazçı saxlanılıb.

Bu barədə “Sputnik Ermənistan”a polisin mətbuat xidməti mayın 27-də saat 09:50-dı bildirib.

Bazar ertəsi səhər arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıb, İrəvanda dövlətlərarası magistral yolları, rayonlararası yolları və küçələri bağlayıblar. Bir müddət sonra polis Ermənistan paytaxtında etirazçıları saxlamağa başlayıb.

***

“Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtı və regionlarında vətəndaş itaətsizliyi aksiyaları keçirirlər.

İrəvanda ümumilikdə 67 etirazçı saxlanılıb.

Bu barədə “Sputnik Ermənistan”a polisin mətbuat xidməti mayın 27-si saat 08:55-ə olan məlumata istinadən bildirib.

Bazar ertəsi səhər arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıb, İrəvanda dövlətlərarası magistral yolları, rayonlararası yolları və küçələri bağlayıblar. Bir müddət sonra polis Ermənistan paytaxtında etirazçıları saxlamağa başlayıb.

Xatırladaq ki, Ermənistanda etiraz aksiyaları aprelin 19-da İrəvanla Bakı arasında Tavuşla sərhədin delimitasiyası ilə bağlı əldə olunmuş razılığın məlum olmasından sonra başlayıb.

Daha sonra Tavuşdan İrəvana yürüşə rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan baş naziri istefaya çağırıb.(Modern.az)