Gündəm / İdman
02 sentyabr 2024
0

“Ayaks”ın baş məşqçisi yalnız 3 rəqibindən danışdı

“Ayaks”ın baş məşqçisi yalnız 3 rəqibindən danışdı

“Ayaks”ın baş məşqçisi Françesko Farioli UEFA Avropa Liqasının püşkatması barədə fikirlərini bildirib.

İtaliyalı mütəxəssis qarşılaşacaqları rəqiblərdən yalnız 3-nü fərqləndirib.

35 yaşlı çalışdırıcı Azərbaycan çempionundan söz açmayıb: “Latsio”ya rəqib olmaq xoşdur. Ona görə ki, doğma vətənim olan İtaliya klubu ilə qarşılaşacağıq. Türkiyə klubları “Qalatasaray” və “Beşiktaş”ı da bəyənirəm. Türkiyə ilə bağlı gözəl keçmişim var. Ümumiyyətlə, yeni formatda bütün matçlar vacib olacaq”.

Qeyd edək ki, “Qarabağ”la “Ayaks” arasındakı görüş oktyabrın 24-ü Bakıda keçiriləcək.