Gündəm / Cəmiyyət
07 noyabr 2024
1
Ermənistan XİN: Bakı ilə sülh müqaviləsinin razılaşdırılması üzrə görüşlərin intensivləşdirilməsində maraqlıyıq
Ermənistan sülh müqaviləsinin mətnini qısa müddətdə razılaşdırmaq üçün Azərbaycan tərəfi ilə görüşlərin intensivləşdirilməsində maraqlıdır.
Bunu ölkənin xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır.
"Nazirlər və ya dövlət başçıları səviyyəsində konkret razılaşma yoxdur. Ancaq Ermənistan tərəfi müqavilə mətninin razılaşdırılmasını qısa müddətdə başa çatdırmaq üçün görüşlərin intensivləşdirilməsində maraqlıdır", - V.Kostanyan qeyd edib.
O, həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına yönəlmiş danışıqlar artıq çoxdan ikitərəfli formatda aparılır: "Təbii ki, görüşlər müxtəlif ölkələrdə keçirilib. Tərəfdaşlarımız danışıqlar prosesinə öz dəstəklərini ifadə etməyə çalışıblar, ancaq danışıqlar mahiyyət etibarilə, ikitərəfli formatda gedir”.
Daha çox xəbər:
Prezident Rusiya XİN-in xüsusi nümayəndəsini qəbul etdi - YENİLƏNİB
Gündəm / SiyasətErmənistan XİN-dən sülh müqaviləsi ilə bağlı daha bir açıqlama
Gündəm / Siyasət"Vasitəçilər bizə 1974-1978-ci illərin xəritələrini veriblər" - Ermənistan XİN
Gündəm / DünyaErmənistan XİN: "Azərbaycandan sülh razılaşması layihəsi üzrə növbəti təkliflər paketi almışıq"
Gündəm / CəmiyyətSülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibi müəyyənləşib
Gündəm / Siyasət