Gündəm / Cəmiyyət
11 noyabr 2024
1

Ərdoğan Bakıya gəlir

Ərdoğan Bakıya gəlir


Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) bütün dünyanın diqqətindədir.

Bakıda COP29-un rəsmi açılışına dəqiqələr qalır. Tədbirdə iştirak etmək üçün dünya dövlətlərinin liderləri Bakıya gəlir.

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da COP29-da iştirak etmək üçün Bakıya gələcək liderlər arasındadır. Onun 11-12 noyabr tarixində Azərbaycanda səfərdə olacağı bildirilib.

Konfransda Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın himayəsi ilə həyata keçirilən “Sıfır Tullantı Layihəsi” çərçivəsində bəzi tədbirlərin təşkili də nəzərdə tutulur.

Qeyd edək ki, Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşünün keçirildiyi Prezident Administrasiyasını tərk etməzdən öncə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla yenidən ayaqüstü görüşüb. Türkiyə Prezidenti dövlət başçısı ilə sağollaşarkən “Bakıda görüşərik” deyib.