Gündəm / İdman
09 noyabr 2024
0
Klub rəhbəri iki jurnalisti həbslə hədələyir - Futbolumuzda QALMAQAL
Azərbaycan futbolunda növbəti xoşagəlməz hadisə yaşanır.
“Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyev, onun fəaliyyətini tənqid etdiyinə görə iki jurnalisti həb etdirməklə hədələyib.
Belə ki, klub prezidenti Riad Rəfiyev idman jurnalistləri Anar Şabanoglu (Sports.az saytı) və İxtiyar Əsgərovdan (Matç.az saytı) prokurorluğa şikayət edib.
Prokurorluğa dəvət olunan baş redaktorlara xəbərdarlıq edilərək, 20 sutkaya qədər həbs oluna biləcəkləri bildirilib.
“Sumqayıt” Futbol Klubunun prezidenti jurnalistləri məhkəmə ilə də hədələyib. Riad Rəfiyev media nümayəndələrinin onun təhqir etdiyini bildirib. Onun iddiasına görə, jurnalistlərin yazılarında onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən ifadələr yer alıb.
Jurnalistlər isə klub rəhbərinin iddialarını rədd ediblər.
Anar Şabanoğlu bildirib ki, Riad Rəfiyevlə sona qədər mübarizə aparacaq.
“İdman jurnalistlərinə atdığı şərə, 26 illlik jurnalist imicimi ləkələməyə yönəlmiş şikayətə görə sona qədər mübarizə aparacam!”.
İxtiyar Əsgərovun sözlərinə görə, yazısında “Sumqayıt” rəhbərinin işini "yarıtmaz" adlandırdığına görə hədəfə tuş gəlib.
Daha çox xəbər:
Riad Rəfiyev: "Futbolçulardan koronavirus testi götürülsə, pis olmaz"
İdmanRiad Rəfiyev: "Heç qarşımıza qoyulan işin yarısını görməmişik"
İdmanAzərbaycanda futbol klubu təcili yardım nümayəndəsinə görə cəzalandırıldı
İdmanİdman jurnalistləri üçün “Dopinqlə mübarizə” mövzusunda təlimlər keçiriləcək
İdmanQurban Qurbanov “Qarabağ”dan gedir? – Bu məşhur klub ona transfer təklifi göndərdi
Gündəm / İdman