Gündəm / Cəmiyyət
14 noyabr 2024
0
Muxtar Babayev: "Çoxtərəfli inkişaf banklarını milli planlar üçün uyğunlaşma maliyyəsini artırmağa bir daha çağırırıq"
İqlim böhranı bir çoxları üçün ekzistensial xarakter daşıyır və hərəkətsizlik ciddi insan və iqtisadi itkilərə səbəb ola bilər.
Bunu COP29-un prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Transformasiyaedici iqlim fəaliyyəti: Maliyyə daxilolmalarından təsirə və Çoxtərəfli İnkişaf Banklarının katalitik təsirinə keçid" mövzusunda təşkil olunan dəyirmi masada çıxışı zamanı bildirib.
M. Babayev qeyd edib ki, iqlim dəyişikliyindən təsirlənən icmalara qarşı mənəvi öhdəliklər var: “Bu yük çox vaxt öndə olanların və maliyyə resursları ən az olanların üzərinə düşür. Təxminlərə görə, inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyinə uyğunlaşma xərcləri illik ÜDM-in 4-5 %-ni təşkil edir, borc öhdəlikləri isə bu məhdud resursların daha da tükənməsinə səbəb olur. İqlim maliyyəsi bu icmalar və iqlim dəyişikliyinin önündə olan milyonlarla insan üçün işləməlidir”.
O əlavə edib ki, COP29 il ərzində iqlim maliyyəsini mərkəzi element kimi qəbul edərək, iddialı milli iqlim planlarının həyata keçirilməsini və iqlim maliyyəsinin artırılmasını qarşıya məqsəd qoyub: “Ümumi çağırış budur ki, iqlim ehtiyacları trilyonlarla ölçülür”.
M. Babayev vurğulayıb ki, ambisiyalar və maliyyə arxitekturasında islahatların genişləndirilməsinə ehtiyac var: “Mövcud maneələri aşmaq üçün maliyyə sisteminin bütün iştirakçılarını cəlb etməliyik. COP rəhbərliyi sizin təkliflərinizi eşitməkdən məmnundur. COP24-də Çoxtərəfli İnkişaf Bankları (MDB) Paris Sazişinə uyğun fəaliyyət göstərmə öhdəliyini təsdiqləmişdi. O vaxtdan MDB-lər 2019-2023-cü illər arasında iqlim maliyyəsini iki dəfədən çox artırıb. Mərakeş Bəyannaməsində birgə iqlim səyləri üçün əsas addımlar müəyyən edilib. MDB rəhbərləri 2024-cü ildə iqlim fəaliyyətlərinin gücləndirilməsinin əsas yollarını təqdim ediblər və 1,5 dərəcə hədəfinə nail olmaq üçün səylərə öz töhfələrini veriblər”.
COP29-un prezidenti MDB-ləri milli iqlim planları üçün uyğunlaşma maliyyəsini artırmağa çağırıb: “Bu həftə aparıcı çoxtərəfli banklar 2030-cu ilə qədər illik kollektiv iqlim maliyyələşməsinin 170 milyard ABŞ dollarına çatdırılacağını, bunun 49 milyard ABŞ dollarının isə uyğunlaşma maliyyəsinə ayrılacağını proqnozlaşdırıblar”.
Daha çox xəbər:
COP29 prezidenti iqlim həftəsi çərçivəsində Londonda bir sıra görüşlər keçirib
Gündəm / CəmiyyətMuxtar Babayev: Qarşıdakı 12 gün ərzində çox iş görülməlidir
Gündəm / CəmiyyətBraziliyalı nazir: “Yaşıl keçid”i dəstəkləmək üçün maliyyə resurslarına ehtiyac var”
Gündəm / CəmiyyətPrezidentdən “Pre-COP29”un iştirakçılarına müraciət
CəmiyyətTürkiyə COP29-da üzunmüddətli İqlim Dəyişikliyi Strategiyasına dair qərarlarını açıqlayacaq
Gündəm / Cəmiyyət