Gündəm
17 oktyabr 2020
34
Baş Prokuror: "Erməni təxribatları ilə bağlı müxtəlif faktlar üzrə 20-dən çox cinayət işi başlanıb"
Milliinfo.az
“Erməni təxribatları ilə bağlı artıq müxtəlif faktlar üzrə 20-dən çox cinayət işi başlanıb. Hazırda lazım olan bütün sübutlar toplanılır və biz Ermənistanın siyasi rəhbərliyinin məsuliyyətə cəlb edilməsi üçün müxtəlif istiqamətlərdə hərəkət edəcəyik”.APA-nın məlumatına görə, bunu diplomatik nümayəndələrin Gəncəyə səfərinə həsr olunan brifinqdə Baş Prokuror Kamran Əliyev deyib.
O bildirib ki, bütün bu göstərişlər - Gəncənin bombalanması və digər dinc əhalinin raket atəşinə məruz qalması birbaşa Ermənistanın siyasi-hərbi rəhbərliyinin tapşırığı ilə həyata keçirilib: “Onların məsuliyyətə cəlb olunmaları üçün bütün prosedur qaydalara uyğun olaraq - həm daxili qanunvericiliyə, həm də beynəlxalq qanunvericiliyin tələblərinə uyğun sübutlar toplanır. Bunlar barədə müxtəlif vasitələrdən istifadə etməklə həm BMT-nin müvafiq tribunalının yaradılması ilə bağlı, eyni zamanda İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edilməsi ilə bağlı iddialar qaldırılacaq”.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Erməni ordusunun Qazax sakinlərinə vurduğu maddi zərərlə bağlı cinayət işinə başlanılıb - RƏSMİ](/uploads/posts/2020-07/medium/1594845430_bas_prokurorluq0.jpg)
Erməni ordusunun Qazax sakinlərinə vurduğu maddi zərərlə bağlı cinayət işinə başlanılıb - RƏSMİ
Siyasət![Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilmişdir](/uploads/posts/2020-07/medium/1593605880_1384978.jpg)
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilmişdir
Gündəm![Baş Prokurorluq: Daha 6 şəhər və rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanılıb](/uploads/posts/2020-05/thumbs/1588670440_1588329063-595550-prokuror-450x250.jpg)
Baş Prokurorluq: Daha 6 şəhər və rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanılıb
Gündəm / Siyasət![DSX-nın vəzifəli şəxslərinin qanunazidd əməlləri ilə bağlı cinayət işi başlandı](/uploads/posts/2020-05/medium/1589373132_473976b2-1f83-4740-85ab-a9726c9005d1.jpg)
DSX-nın vəzifəli şəxslərinin qanunazidd əməlləri ilə bağlı cinayət işi başlandı
Siyasət![Azərbaycanda saxta arayış verən xəstəxananın vəzifəli şəxsləri ilə bağlı cinayət işi açıldı - RƏSMİ](/uploads/posts/2020-07/medium/1594359675_vzif_21594298509.jpg)
Azərbaycanda saxta arayış verən xəstəxananın vəzifəli şəxsləri ilə bağlı cinayət işi açıldı - RƏSMİ
Gündəm