Gündəm
28 iyul 2021
40

Bu gün Kəlbəcər istiqamətində məhv edilən erməni hərbçilərinin ADLARI (YENİLƏNİB)

Bu gün Kəlbəcər istiqamətində məhv edilən erməni hərbçilərinin ADLARI (YENİLƏNİB)

Azərbaycanla dövlət sərhədində atəşkəsi pozduqları üçün görülən cavab tədbirləri nəticəsində 3 erməni hərbçi ölüb, 2-si yaralanıb.

Milliinfo.az erməni KİV-ə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi öldürülən erməni hərbi qulluqçularının adlarını açıqlayıb:

- Hayk Gevorqyan (baş leytenant)
- Koryun Harutyunyan (əsgər)
- David Koçaryan (əsgər)

***09:59

Ermənistan Silahlı Qüvvələri hərbçilərinin Azərbaycanla dövlət sərhədində atəşkəsi pozduqları üçün görülən cavab tədbirləri nəticəsində 3 erməni hərbçi ölüb, 2-si yaralanıb.

Unikal.org “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, itki barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Məlumata əsasən, iyulun 28-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın dövlət sərhədində atəşkəsi pozub. Ermənistan Müdafiə Nazirliyinin yerli vaxtla saat 08.30-a olan məlumatına görə, Ermənistan tərəfdən 3 hərbçi ölüb, 2-si yaralanıb.