Gündəm / Siyasət
17 avqust 2021
11
"Bölgənin əsl adı Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır" - Prezident
!["Bölgənin əsl adı Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır" - Prezident "Bölgənin əsl adı Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır" - Prezident](/uploads/posts/2021-08/medium/1629185219_1629183791.62.jpg)
"Durduğumuz yol ermənilər tərəfindən çəkilmiş Basarkeçər-Kəlbəcər yoludur. Onlar Ermənistanı Qarabağla birləşdirmək üçün ikinci yol çəkdilər. Laçın dəhlizindən əlavə. Və beləliklə, Kəlbəcəri və digər əraziləri məskunlaşdırmaq üçün və özləri üçün gediş-gəlişi daha dahat etmək üçün bu yolu çəkdilər".
Bunu Prezident İlham Əliyev Kəlbəcər rayonunda deyib.
"Bu yol birbaşa Basarkeçər rayonuna gedir. Basarkeçər rayonuna Ermənistanda Vardenis rayonu deyilir. Ancaq bu rayonun, o bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır və 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılmışdır. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən, Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışdılar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunun adını dəyişdirərək Vardenis qoymuşdur.
Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə reportajlar hazırlayan və ümumiyyətlə bizim ümumi leksikonumuzda Vardenis yox, Basarkeçər adı bərpa edilməlidir", - dövlət başçısı bildirib.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
!["Kəlbəcər-Laçın yolu ən yüksək səviyyədə qurulacaq" - Prezident](/uploads/posts/2021-08/medium/1629172807_1629144877.1.jpg)
"Kəlbəcər-Laçın yolu ən yüksək səviyyədə qurulacaq" - Prezident
Gündəm / Siyasət![Kəlbəcər yenidən ATƏŞƏ TUTULDU](/uploads/posts/2021-08/medium/1628661398_modern.az-11.08.2021-1628660095.jpg)
Kəlbəcər yenidən ATƏŞƏ TUTULDU
Gündəm / Siyasət![Ermənistan yenidən Kəlbəcərdə təxribat törətdi - İki hərbçimiz yaralandı](/uploads/posts/2021-07/medium/1627450716_mudafie-1.jpg)
Ermənistan yenidən Kəlbəcərdə təxribat törətdi - İki hərbçimiz yaralandı
Sosial![Ermənilər dövlət sərhədi boyu mövqelərimizi ATƏŞƏ TUTDU](/uploads/posts/2021-07/medium/1626503653_1596432623.big_1403068770_cebhe.jpg)
Ermənilər dövlət sərhədi boyu mövqelərimizi ATƏŞƏ TUTDU
Gündəm / Siyasət![Prezidentdən Kəlbəcər və Laçınla bağlı SƏRƏNCAM](/uploads/posts/2021-07/medium/1627472024_1627471240.16049707991605324456_1000x669.jpg)
Prezidentdən Kəlbəcər və Laçınla bağlı SƏRƏNCAM
Gündəm / Siyasət