Gündəm / Cəmiyyət
20 noyabr 2021
24

Putin Patriarx Kirilli Rusiyanın ən ali ordeni ilə təltif etdi


Putin Patriarx Kirilli Rusiyanın ən ali ordeni ilə təltif etdi
Rusiya Prezidenti Vladimir Putin Moskva və bütün Rusiyanın Patriarxı Kirilli Rusiyanın ali mükafatı “Müqəddəs apostol Andrey Pervozvannıy” ordeni ilə təltif edib.

Kremlin Yekaterina zalında keçirilən mərsimdə Putin ali mükafatı Patriarx Kirillə təqdim edib.

Rusiya Prezidenti Patriarx Kirilli 75 illik yubileyi ilə münasibəti ilə təbrik edərək onun xalqın ənənəvi dəyərlərinin, tarixi və mədəni irsinin qorunub saxlanılmasına böyük töhvə verdiyini bildirib.

Qeyd edək ki, “Müqəddəs apostol Andrey Pervozvannıy” ordeni Rusiya Federasiyasının ən ali mükafatı hesab olunur.