Gündəm / Cəmiyyət
15 fevral 2022
20
Vitse-spikerlə deputat arasında mübahisə yarandı
“Mən bütövlükdə molları qara rəngdə görmək istəmədim”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, bütün sahələrdə bunlar var: “Biz bu gün cəmiyyətdə gördüyümüz neqativləri deməliyik. Heç kəs də sizə səlahiyyət verməyib ki, yetənə daş, yetməyənə də güllə atasınız. Mən parlamentə dünən gəlməmişm. Ulu öndər mənə beş dəfə etimad edib. İnsanlar nə etsin?! Mollanı dəvət edir. Fəzail müəllim, bu sizə yaraşmaz. Məni siz nümunə çəkməməlisiniz. Axırıncı dəfə sizə bildirirəm”.
Milli Məclis sədrinin müavini Fəzail İbrahimli isə qeyd edib ki, Məlahət İbrahimqızının heysiyyatına toxunan nəsə deyibsə, üzr istəyir:
“Mən burada sizin sualınızı gündəmə gətirdim, cəhalətlə bağlı fikirlərimi bölüşdüm. Mən çox mat qaldım. Onu deyim ki, siz bu ideyanı Hacı Salmandan alırsınız”.
Daha çox xəbər:
Tahir Kərimli spikerdən ÜZR İSTƏDİ
Gündəm / CəmiyyətMilli Məclis: “Eldəniz Səlimova deputat maaşı veriləcək”
Gündəm / Cəmiyyət"Deputat olmaq böyük şərəfdir" - Sahibə Qafarova
Gündəm / Cəmiyyət"Gənclər, mən sizə inanıram, güvənirəm” - Prezident
Gündəm / CəmiyyətMüğənni Cəmilə deputat olmaq istəyir: "Sizi ağ günə çıxardacam"
Şou