Gündəm / Cəmiyyət
08 mart 2022
22

Xankəndinə qazın verilişi dayandırıldı

Xankəndinə qazın verilişi dayandırıldı

Hazırda Qarabağın separatçıların yerləşdiyi hissələrində qazın verilişi dayandırılıb.

Bu barədə Sputnik Ermənistan xəbər verir. Qeyd olunur ki, qazın verilişi martın 8-nə keçən gecə, saat 01:00 radələrində dayandırılıb.

Xatırladaq ki, 2021-ci ilin yayında separatçılar Qarabağda içməli su qıtlığının olmasını bəyan etmişdilər. Region ekoloji fəlakət astanasında idi. Həmçinin Qarabağın erməni əhalisi mobil rabitənin sistematik kəsilməsindən şikayətlənib.