Gündəm / Cəmiyyət
02 aprel 2022
19

Azərbaycanda Ramazan ayı başlayıb

Azərbaycanda Ramazan ayı başlayıb


Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən xəbərə görə, bu il Ramazan ayı aprelin 2-nə təsadüf edir.
Niyyət gecəsi aprelin 1-dən 2-nə keçən gecəyə düşür.

Ramazan təqviminə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni aprelin 19-a təsadüf edəcək.

Bundan əlavə, aprelin 21-i (Ramazan ayının 20-dən 21-nə keçən gecə), 23-ü (Ramazan ayının 22-dən 23-nə keçən gecə) və 27-də də (Ramazan ayının 26-dan 27-nə keçən gecə) Qədr gecələri olacaq.

Şəvval ayının 1-i, yəni mayın 2-də Ramazan (Fitr) bayramı olacaq.

Qazılar Şurasının qənaətinə görə, Ramazan bayramında adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür.