Gündəm / İdman
05 iyul 2022
20

Bu gün “Qarabağ”ın Çempionlar Liqası matçı var

Bu gün “Qarabağ”ın Çempionlar Liqası matçı var


Bu gün ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” yeni mövsümdə ilk matçına çıxacaq.

Qurban Qurbanovun komandası qitənin bir nömrəli yarışının 1-ci təsnifat mərhələsində Polşa “Lex”i ilə qarşılaşacaq.

“Köhlən atlar” “Lex”lə ilk matçını Polşada keçirəcək. Qarşılaşma 22:00-da start götürəcək.

Komandaların cavab matçı bir həftə sonra Bakıda baş tutacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun
5 iyul

22:00. Lex - Qarabağ
Hakimlər: Xose Luis Munuera, Pau Sebrian Devis, Antonio Ramon Martines Moreno, Xorxe Figeroa Vaskes (hamısı İspaniya).
Polşa, Poznan.