Gündəm / Cəmiyyət
25 iyul 2022
22
Laçında kombayn aşdı - Ölənlər var
Laçın rayonunda kombayn aşıb, iki nəfər ölüb.
Hadisə ötən gün axşam saatlarında Güləbird kəndi ərazisində qeydə alınıb.
Belə ki, orada işləyən Goranboy rayon sakini, 1969-cu il təvəllüdlü Müşfiq Əliyevin idarə etdiyi “Claas-630” markalı kombaynı aşıb. Nəticədə həmin nəqliyyat vasitəsinin sürücüləri – Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Kazım Abbasov və Samux rayon sakini, 1979-cu il təvəllüdlü Yusif Abışov hadisə yerində ölüb, M.Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Gədəbəydə iki nəfərin öldüyü qəzaya görə məhkəmə başlayır](/uploads/posts/2020-04/1588167494_871afd2f-6fd5-4f94-8110-2298cdc8c838_108.jpg)
Gədəbəydə iki nəfərin öldüyü qəzaya görə məhkəmə başlayır
Gündəm / Hadisə![Prospektdə piyadanı vurub öldürən saxlanıldı](/uploads/posts/2019-05/1557734368_zerkalo.jpg)
Prospektdə piyadanı vurub öldürən saxlanıldı
Hadisə![Balakəndə ağır qəza - 2 nəfər öldü](http://azadmedia.az/uploads/posts/2022-06/1656141023_qezaa.jpeg)
Balakəndə ağır qəza - 2 nəfər öldü
Gündəm / Hadisə![Masallıda 2 nəfərin ölümünə səbəb olan sürücü tutuldu](/uploads/posts/2020-04/medium/1587638526_e851015c-0b64-44a6-9600-841681801bd4.jpg)
Masallıda 2 nəfərin ölümünə səbəb olan sürücü tutuldu
Gündəm / Hadisə![Füzulidə şirkət əməkdaşının minaya düşməsi ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB](http://turaztv.az/uploads/posts/2021-07/medium/1626094172_1626077716.whatsapp-image-2021-04-29-at-12.31.22-1.jpeg)
Füzulidə şirkət əməkdaşının minaya düşməsi ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB
Gündəm / Hadisə