Gündəm / Cəmiyyət
27 avqust 2022
21

Həlak olan hərbçi dəfn edildi - FOTO

Həlak olan hərbçi dəfn edildi - FOTO


Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vahid Ərəblinskinin dəfn mərasimi keçirilib.

O, Zaqatalanın Aşağı Tala kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, qəzada həlak olan müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu Zaqatalanın Aşağı Tala kəndindəndir, o, general Balakişi Ərəblinskinin nəticəsidir, subay idi.

Xatırladaq ki, Balakişi bəy Ərəblinski (1828-1902) Rusiya İmperator Ordusunun zabiti, general-leytenant olub.
Həlak olan hərbçi dəfn edildi - FOTO
Həlak olan hərbçi dəfn edildi - FOTO
Həlak olan hərbçi dəfn edildi - FOTO