Gündəm / Cəmiyyət
30 avqust 2022
14

Zaqatalada yanğının söndürülməsinə 2 helikopter cəlb olundu - YENİLƏNİB

Zaqatalada yanğının söndürülməsinə 2 helikopter cəlb olundu - YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Aşağı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***14:37

Zaqatala Aşağı Tala kəndi yaxınlığında mürəkkəb reylefli dağlıq-meşəlik ərazidə yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN-in yanğından mühafizə qüvvələri yanğınsöndürmə əməliyyatlarına cəlb olunib. Yanğının söndürülməsində ETSN əməkdaşları da iştirak edir.