Gündəm / Hadisə
31 avqust 2022
9

“Sunset”dəki partlayışda yaralanan kişinin vəziyyəti ağırdır

“Sunset”dəki partlayışda yaralanan kişinin vəziyyəti ağırdır


Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda istirahət mərkəzinin qazanxanasında baş verən partlayış nəticəsində yaralanan 3 nəfər dünən saat 22:20 radələrində Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə yerləşdirilib.

TƏBİB-dən verilən məlumata görə, xəsarət alan qadınlardan birinin bədən səthinin 45 %-i, digərinin bədən səthinin 35-40 %-i, kişinin bədən səthinin isə 60 %-i yanıb.

Onların reanimasiya şöbəsində müalicələrinə davam edilir.

Hazırda iki qadının vəziyyəti stabil, kişinin vəziyyəti isə ağır stabil olaraq qiymətləndirilir.