Gündəm / Hadisə
22 oktyabr 2022
10

"Baku Bus"ın avtobusu marketə girdi - VİDEO

"Baku Bus"ın avtobusu marketə girdi - VİDEO


"Baku Bus"un avtobusu qəza törədib.

30 nömrəli avtobus Nizami Rayonunun Cəmşid Naxçıvanski küçəsində yerləşən "Araz" supermarketinə girib.

İlkin məlumata görə, avtobusun əyləcində problem yaşanıb.

Bildirilir ki, hadisə nəticəsində xəsarət alan yoxdur.