Hadisə
22 noyabr 2021
29

Azərbaycanda hərbçi intihara CƏHD ETDİ

Azərbaycanda hərbçi intihara CƏHD ETDİ

Naftalanda hərbiçi özünü binadan ataraq intihara cəhd edib.

"Unikal"ın məlumatına görə, hadisə şərti olaraq 19-cu bina deyilən ünvanda baş verib. Həmin binanın 5-ci mərtəbəsində məskunlaşan 1998-ci il təvəllüdlü Süleymanov Elvin Faiq oğlu özünü yaşadığı binanın eyvanından yerə ataraq intihara cəhd edib.

Çoxsaylı bədən xədən xəsarətləri alan yaralı dərhal Gəncə şəhərində yerləşən hospitala çatdırılıb.

Qeyd edək ki, Elvin Süleymanov hərbçidir. Faktla bağlı araşdırma aparılır.