Hadisə
19 aprel 2022
32

"Qanun Nəşrlər Evi"nin yaxınlığında qumbara tapıldı

"Qanun Nəşrlər Evi"nin yaxınlığında qumbara tapıldı


Bakıda əl qumbarası tapılıb.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, əl qumbarası Bakıda "Qanun Nəşrlər Evi"nin yaxınlığında aşkarlanıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinə xəbər verilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

Qumbara FHN-in mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.