Hadisə
18 may 2022
45

Fikrət Əmirovun nəvəsi işə gedərkən qəfil öldü

Fikrət Əmirovun nəvəsi işə gedərkən qəfil öldü


Dahi bəstəkar Fikrət Əmirovun nəvəsi Pərviz Xəlilov qəfil vəfat edib.

Milliinfo.az“Qafqazinfo”ya istinadən xəbər verir ki, P.Xəlilov bu gün səhər Bakıda işə gedərkən dünyasını dəyişib. Onun ürəktutmadan vəfat etdiyi bildirilir.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Pərviz Xəlilov Fikrət Əmirovun qızı Afət Xəlilovanın oğludur.