Hadisə
10 may 2019
53

Magistral yolda yan şüşədən çıxardığı baltayla sürücünü hədələdi - VİDEO





Sosial şəbəkədə yayılan video etiraz doğurub.

Beş.az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, kadrlar Türkiyədə, magistral yolların birində çəkilib.

Videoda hərəkətdə olan avtomobilinin yan şüşəsindən balta çıxaran kişinin onu ötən sürücünü hədələməsi əks olunub.

Kadrlar arxadakı avtomobilin video qeydiyyat sisteminə düşüb.

Görüntülərlə bağlı polis işə qarışıb. M.O adlı sürücü saxlanılıb. O, ifadəsində peşman olduğunu söyləyib.