Hadisə
10 iyun 2022
20

Bərdədə dörd nəfər 17 yaşlı qızı qaçırdı

Bərdədə dörd nəfər 17 yaşlı qızı qaçırdı


Bərdədə 17 yaşlı qız qaçırılıb.

Milliinfo.az xəbər verir ki, hadisə rayonunun Darğalar kəndində baş verib. Belə ki, 2005-ci il təvəllüdlü yeniyetmə qızın öz istəyinə zidd olaraq evlənmək məqsədilə qaçırılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Qafqazinfo"ya bildirilib ki, iyun ayının 9-da axşam radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Saxlanılan O.Əzizov, R.Əzizov, E.Ələkbərov və İ.Əzizova barəsində Cinayət Məcəlləsinin 144.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.