İdman / Gündəm
11 oktyabr 2024
0

Azərbaycan - Slovakiya oyununun hakimi daha əvvəl "Neftçi"nin matçını idarə edib - ARAŞDIRMA

Azərbaycan - Slovakiya oyununun hakimi daha əvvəl "Neftçi"nin matçını idarə edib - ARAŞDIRMA

 
UEFA Millətlər Liqasının IV turunda keçiriləcək Azərbaycan - Slovakiya matçını idarə edəcək norveçli Roxit Saqqi daha əvvəl də təmsilçimizin matçına təyinat alıb.

32 yaşlı ədalət təmsilçisi "Neftçi"nin Konfrans Liqasındakı qarşılaşmasında iş başında olub.

FIFA referisi 2022/2023 mövsümündə "ağ-qaralar"ın Avstriyada "Rapid" (Vyana) klubuna əlavə vaxtda 0:2 hesabı ilə uduzduğu III təsnifat mərhələsinin cavab oyununu idarə edib. Bakıda rəqibini 2:1 hesabı ilə üstələyən "Neftçi" bu görüşdən sonra avrokubokla vidalaşıb.

Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan - Slovakiya görüşü saat 20:00-da start götürəcək.