İdman
24 mart 2022
24
Mundialda pley-off mərhələsi: Türkiyə millisi Portuqaliyaya qarşı - AFİŞA
![Mundialda pley-off mərhələsi: Türkiyə millisi Portuqaliyaya qarşı - AFİŞA Mundialda pley-off mərhələsi: Türkiyə millisi Portuqaliyaya qarşı - AFİŞA](http://azadmedia.az/uploads/posts/2022-03/1648109031_d5z2z0zxkae-jgb-1.jpg)
Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off oyunlarına start veriləcək.
“Report”un məlumatına görə, əvvəlcədən planlaşdırılan altı qarşılaşmadan dördü baş tutacaq.
A yolunda Polşa ilə qarşılaşmalı olan Rusiya millisi Ukraynadakı müharibəyə görə FIFA və UEFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb. Bu səbəbdən Valeri Karpinin başçılıq etdiyi komandaya texniki məğlubiyyət verilib. Polşa yığması isə birbaşa finala vəsiqə qazanıb. Bu kolektivin həlledici görüşdəki rəqibi İsveç - Çexiya matçının qalibi olacaq.
B yolunda Şotlandiya - Ukrayna görüşü eyni səbəbdən iyun ayına təxirə salınıb. Bu qrupun yeganə matçında Uels seçməsi evdə Avstriyanı sınağa çəkəcək.
C yolunda Türkiyə millisi səfərdə Portuqaliyanın qonağı olacaq. “Draqau” stadionundakı görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Digər qarşılaşmada isə İtaliya və Şimali Makedoniya yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.
DÇ-2022, pley-off mərhələsi
Yarımfinal
24 mart
A yolu
23:45. Uels - Avstriya
B yolu
23:45. İsveç - Çexiya
C yolu
23:45. İtaliya - Şimali Makedoniya
23:45. Portuqaliya - Türkiyə
Qeyd edək ki, pley-off mərhələsində yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha üç yığma bəlli olacaq. Mundial noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Polşa millisi Rusiya ilə oyundan imtina etdi](https://www.xeberler.org/uploads/posts/2022-02/medium/1645874677_1645869986.1151033340.0.jpg)
Polşa millisi Rusiya ilə oyundan imtina etdi
İdman![DÇ-2022-nin seçmə oyunu: Azərbaycan millisi “cırtdanlar”a qarşı](/uploads/posts/2021-09/medium/1630474512_fotojet-18.jpg)
DÇ-2022-nin seçmə oyunu: Azərbaycan millisi “cırtdanlar”a qarşı
Gündəm / İdman![Millimizin Millətlər Liqasında rəqibləri müəyyənləşir: Türklər yenidən Bakıya gələ bilər](http://azadmedia.az/uploads/posts/2021-12/thumbs/1639634979_2021-06-20t155655z_1978072926_up1eh6k18atw4_rtrmadp_3_soccer-euro-swi-tur-report_16_9_1624211659.jpg)
Millimizin Millətlər Liqasında rəqibləri müəyyənləşir: Türklər yenidən Bakıya gələ bilər
İdman![Çempionlar Liqası: 3 komanda pley-offa vəsiqəni təmin edə bilər](/uploads/posts/2021-11/medium/1635825661_71c21135-791b-3130-8fa8-f26d657f4913_850.jpg)
Çempionlar Liqası: 3 komanda pley-offa vəsiqəni təmin edə bilər
İdman![“Olimpiakosla” qarşılaşacaq “Neftçi”nin potensial rəqibi müəyyənləşir](/uploads/posts/2021-07/medium/1626676021_15052509644353720720_1000x669.jpg)
“Olimpiakosla” qarşılaşacaq “Neftçi”nin potensial rəqibi müəyyənləşir
Gündəm / İdman