Siyasət
24 sentyabr 2020
29

Mübariz Qurbanlı: Ermənistanın törədəcəyi təxribata güclü şəkildə cavab veriləcəyi göz önündədir

Mübariz Qurbanlı: Ermənistanın törədəcəyi təxribata güclü şəkildə cavab veriləcəyi göz önündədir

Milliinfo.az

“Ermənistanın sərhəddə törətdiyi təxribatlar işğal olunmuş ərazilərimizdə aparılması gözlənilən antiterror əməliyyatından diqqəti yayındırmaq məqsədi daşıyır”.

Millixəbər.az xəbər verir ki, bu fikirləri “Yeni Tv”-nin canlı yayımında Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, Ermənistan çalışır ki, müharibə başlanacağı təqdirdə, üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı prosesə cəlb olunsun: “Azərbaycanın indi apardığı siyasət çox doğrudur. Biz hərbi əməliyyatları başlaya biləcəyimizi və başlayacağımızı açıq şəkildə bəyan edirik. Yəni Ermənistanın törədəcəyi təxribata güclü şəkildə cavab veriləcəyi göz önündədir. Bu artıq söz deyil, əməldir”.
Ermənistan tərəfinin danışıqlara hazır olduğuna dair açıqlamalarına münasibət bildirən M.Qurbanlə bildirib: “Azərbaycan nəticəsi olan danışıqların tərafdardır. Hazırkı status-kvo Azərbaycanı qane etmir. Bu yalnız Ermənistana sərf edə bilər. Çünki onlar ərazilərimizi işğal edərək orada yerləşiblər. Müharibə başlayarsa, bu bütövlükdə region, daha geniş vüsət alarsa dünya üçün təhlükə yaratmış olacaq. Ona görə də dünya ölkələri, beynəlxalq təşkilatlar münaqişənin həllində ədalətli mövqe nümayiş etdirməlidirlər”.