Siyasət
01 may 2019
97

Ramil Usubov yeni rəis müavini təyin etdi

Ramil Usubov yeni rəis müavini təyin etdi


Mingəçevir şəhər Polis Şöbəsi rəisinin xidmət üzrə müavini vəzifəsinə yeni təyinat olub.

Beş.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Rövşən Babayev təyinat alıb.

Qeyd edək ki, o, bundan əvvəl Göyçay RPŞ-də eyni vəzifəni icra edib.