Sosial / Mədəniyyət
22 may 2020
74

"Əbülfəs Qarayevin məlum işlərdə əli olduğu sübut edilsə, onu 14 ilə qədər həbs gözləyir"- VƏKİL

Milliinfo.az

"Əbülfəs Qarayevin məlum işlərdə əli olduğu sübut edilsə, onu 14 ilə qədər həbs gözləyir"- VƏKİL



"Əbülfəs Qarayevin məlum işlərdə əli olduğu sübut edilsə, onu 14 ilə qədər həbs gözləyir"- VƏKİL


Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev Əbülfəs Qarayevin vəzifədən azad olunması haqqında sərəncam imzalayıb. Mədəniyyət naziri Əbülfəs Qarayevin müavini Rafiq Bayramov 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Rafiq Bayramovun xidməti və yaşadıqları ünvanlara DTX tərəfindən baxış keçirilib. Əməliyyat zamanı R.Bayramovun avtomobilindən, xidməti otağındakı kassasından külli miqdarda pul vəsaitləri aşkarlanıb. Əbülfəs Qarayev də həbs edilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan vəkil Əsabəli Mustafayev bildirib ki, araşdırma zamanı tutulan şəxslər günahı öz boyunlarına götürsələr belə, Əbülfəs Qarayev məsuliyyət daşıyır: "Həmin məsuliyyətlərdən bir səhlənkarlıqla bağlıdır. Nazirin xəbəri olmadan nəyinsə icrası mümkün deyil. Çünki sənədlərə sonda nazir qol çəkir. Əlbəttə, bu çox ağır cinayətdir. Bu qrup halında küllü miqdarda dövlət vəsaitinin mənimsənməsidir. Əgər irəli sürülən ittahamlar sübuta yetirilsə tək korrupsiya ilə bağlı maddə olmayacaq, həm də vəzifədən sui-stifadə, saxta sənədlərin hazırlanması kimi bir neçə maddələrlə cinayət işi açılacaq. Əgər sübuta yetirlsə ki, Əbülfəs Qarayevin də bu işlərdə əli olub, o zaman onu 9 ildən 14 ilə qədər həbs cəzası gözləyir".