Şou
27 aprel 2019
87

Mehriban Xanlarova qəzaya düşdü

Mehriban Xanlarova qəzaya düşdü


Xalq artisti Zeynəb Xanlarovanın qardaşı qızı, əməkdar artist Mehriban Xanlarova qəzaya düşüb.

BEŞ.AZ virtualaz.org-a istinadən xəbər verir ki, qəza Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib. Aktrisanın ayağı əzilib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, aktrisa ilə birgə yanındakı qadın da xəsarət alıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Yaralılar Klinik Tibbi Mərkəzə gətiriliblər. Heç birinin həyatı üçün təhlükə yoxdur.

M.Xanlarova yardım göstəriləndən sonra evə buraxılıb.

Qəzanın necə baş verdiyi bəlli deyil.