Cəmiyyət
08 avqust 2023
2
Kəmalə Ağazadə: “Uşaqların qohum-əqrəbası qalmaqal çıxardı”
Bir neçə gün öncə sığınacağa yerləşdirilən qaraçı uşaqlarının qohumları qalmaqal yaradıblar.
Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, qaraçı kimi tanıdığımız roman qrupunun üzvləri böyük bir kriminal qrupdur:
“Əksəriyyəti uşaq dilənçiliyi ilə məşğuldur. Onların güclü informasiya mənbələri var. Bir az öncə müayinədən keçirtmək məqsədi ilə əməkdaşlar uşaqları xəstəxanaya aparıblar. Uşaqların qohum-əqrəbası xəstəxanada qalmaqal yaradıb. Əməkdaşlarımız dərhal Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə məlumat veriblər. Hazırda qalmaqal yaradanlar polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıblar.
Uşaqlar çox qorxublar. Uşaqların və əməkdaşlarımızın təhlükəsizliyini təmin etmək üçün Post Patrul Xidmətinin (PPX) və Çevik Polis Alayının (ÇPA) əməkdaşları onların yanındadırlar”.
Qeyd edək ki, bir neçə gün öncə səhər saatlarında metronun “20 Yanvar” stansiyasının keçidlərindən birində diləndirilən doqquz və on iki yaşlı uşaqlar sığınacağa gətirilmişdilər.
Daha çox xəbər:
Bakıda uşaq sığınacağında İNSİDENT: Polis maşınının şüşələrini kim qırdı? - AÇIQLAMA + VİDEO
Gündəm / CəmiyyətAzərbaycanda 13 yaşlı qız ana OLDU
Gündəm / HadisəSərxan Kərəmoğlu ilə müğənni arasında qalmaqal
ŞouSığınacaqda azyaşlı qız şiddətə məruz qalıb?
Gündəm / CəmiyyətMM-in komitə sədri: “Qüsurlu uşaqlar”, “internat məktəbi” kimi sözlər artıq işlədilməyəcək”
Gündəm / Cəmiyyət