Cəmiyyət
29 avqust 2023
0
Selə görə Giləzi-Xızı yolu BAĞLANDI

Xızıda yağan qısamüddətli leysan yağışları bir sıra fəsadlar törədib.
Sel suları nəticəsində yaranan palçıq kütləsi Giləzi-Xızı avtomobil yolunun hərəkət hissəsinə dolub. Bu səbəbdən hazırda yol bağlanıb.
Hadisə şahidlərinin bildirdiyinə görə Giləzi-Xızı avtomobil yolunun 6-10-cu kilometrliklərində avtomobillərdə köməksiz vəziyyətdə qalanlar var.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, Dövlət Yol Polisi əməkdaşları, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun və digər müvafiq icra strukturlarının nümayəndələri cəlb olunub.

Daha çox xəbər:

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsi bağlandı
Gündəm / Cəmiyyət
Şəkidə sel fəsadlar törədib
Cəmiyyət
Xızıda kişi qadın qohumunu boğaraq ÖLDÜRDÜ
Hadisə
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi davam edir
Gündəm / Cəmiyyət
Araz Rüstəmovla Xızı rayonunda vida mərasimi keçirilir - CANLI YAYIM
Video