Cəmiyyət
25 may 2022
36
Şəkidə sel fəsadlar törədib

Şəkidə leysan fəsadlar törədib.
Mayın 24-ü axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində hökm sürən qeyri-sabit hava Şəki rayonun Cəfərabad kəndi ərazisindən keçən Böyük Dəhnə çayında daşqına səbəb olub.
Daşqın nəticəsində çayın Cəfərabad kəndi ərazisindən keçən hissəsinin yaxınlığında yerləşən 5 evin həyətyanı sahəsinə və həyətdə olan köməkçi tikililərə sel suları dolub.
Daha iki yaşayış evinin birinci mərtəbəsinə sel suları dolub.
Səhər saatlarından müvafiq qurum nümayəndələri əraziyə cəlb edilib.
Mülkü müdafiə qüvvələrinin əməkdaşları həyətyanı sahələrə dolmuş sel sularını nasoslar vasitəsilə ərazidən kənarlaşdırması prosesinə başlayıblar.

Daha çox xəbər:

Bəzi yerlərdə leysan yağıb, Talaçaydan sel keçir - FAKTİKİ HAVA
Gündəm / Cəmiyyət
Türkiyədə sel nəticəsində ölənlərin sayı 70-ə çatdı
Gündəm / Dünya
Sel Goranboyun Moruqlu kəndinə ciddi ziyan vurub - VİDEO
Gündəm / Video
Azərbaycana qar yağdı - FAKTİKİ HAVA (YENİLƏNİB)
Gündəm / Şou
Dağıstanda dəhşətli sel: inəklər və maşınları apardı - VİDEO
Hadisə / Dünya