Gündəm / Cəmiyyət
23 noyabr 2022
13
BAKIDA EV SAHİBİNİ VURUB 100 MİN APARDILAR – DİN təfərrüatı açıqladı
Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev Bakıda baş vermiş cinayət hadisəsinin təfərrüatını açıqlayıb.
DİN sözçüsü belə məlumatları yaymaqda məqsədləri vətəndaşları daha diqqətli olmağa çağırmaqdır.
“Vətəndaşlarımız hansısa cinayətkar əmələ məruz qalmasınlar, ibrət olmasınlar, ibrət alsınlar. Sorğulamadan, tanımadığı, niyyəti naməlum olan şəxslərə qapının açılması ev sahibinin quldurluğa məruz qalması ilə nəticələnib.
Qeyri-aşkar şəraitdə baş verən hadisə Xətai rayonunda olub. Polis tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxslər intensiv əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlər nəticəsində “isti izlərlə” saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər. Onlar ev sahibini küt alətlə vuraraq evdən 80.000 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyalarını talayıblar.
Əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir”.
Daha çox xəbər:
Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb
Gündəm / HadisəCinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb
Gündəm / HadisəCinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
HadisəYol qəzalarında 2 nəfər öldü
Gündəm / HadisəQızıl oğurlayıb pula çevirdi, əyləncə mərkəzlərində xərclədi
Gündəm / Hadisə