Gündəm / Hadisə
24 dekabr 2022
10
Bankomatdan pul çəkmək üçün kömək istədilər, başlarına iş gəldi - Foto
Salyan sakini Şirvanda 2 nəfəri soyduğuna görə saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Şirvan Şəhər Polis Şöbəsinə iki nəfər şəhər sakininin bankomatdan pul çəkmək istəyən zaman tanımadıqları bir şəxsdən kömək istədikləri, lakin sonuncunun kartdan pul çəkdikdən sonra həmin ərazidən uzaqlaşdığı və onların pullarını soyğunçuluq yolu ilə ələ keçirdiyi barədə məlumat daxil olub.
Ətraflı
Daxil olan məlumatla əlaqədar şöbə əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Aparılan araşdırmalarla həmin cinayət əməlini Bakı şəhərində saxlanılmış və inzibati qaydada həbs edilmiş Salyan rayon sakini Fizuli Nəcəfovun törətməsi müəyyən edilib.
Həmin şəxs Şirvan ŞPŞ-nə gətirilib və barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.
Polis əməkdaşları F.Nəcəfovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102" xidmətinə, həmçinin Şirvan ŞPŞ-nə müraciət etmələri xahiş olunur.


Daha çox xəbər:

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı
Gündəm / Hadisə
Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanıldı
Gündəm / Hadisə
Ağstafada iki nəfəri bıçaqlayan şəxs saxlanılıb
Hadisə
Bərdədə qadına qarşı quldurluq edən şəxs TUTULDU
Gündəm / Hadisə
Azyaşlı ona tərs baxan 36 yaşlı kişini bıçaqladı - YENİLƏNİB
Hadisə