Gündəm / Dünya
06 yanvar 2023
7
İmişlidə kişi ov zamanı özünü güllələdi
İmişli rayonunda 42 yaşlı kişi ov zamanı ehtiyatsızlıqdan özünə güllə xəsarəti yetirib.
“Report”un məlumatına görə, 1981-ci il təvəllüdlü Əsədov Babək Bəhram oğlu ov edərkən tüfəngindən açılan atəş onun ayağını yaralayıb.
Yaralı ağır vəziyyətdə paytaxtda yerləşən xəstəxanaların birinə gətirilib.
Müayinə zamanı ona sağ pəncənin odlu silahdan açılmış çoxsaylı qırma yaraları diaqnozu qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.

Daha çox xəbər:

Bakıda şadlıq sarayında bədbəxt hadisə baş verib
Gündəm / Hadisə
Bakıda silahlı insident: Ehtiyatsızlıqdan özünü güllələdi
Gündəm / Hadisə
Göyçayda FACİƏ: Azyaşlı atasını güllələdi
Gündəm / Cəmiyyət
Naftalanda 64 yaşlı sanatoriya sahibi özünü GÜLLƏLƏDİ
Gündəm / Hadisə
28 yaşlı oğlan özünü niyə güllələdi? - TƏFƏRRÜAT
Gündəm / Hadisə