Gündəm / Cəmiyyət
19 yanvar 2023
6

AMEA-da yeni təyinat

AMEA-da yeni təyinat


AMEA-nın Rəyasət Heyəti aparatının strukturunda daxili imkanlar hesabına yaradılan Elektron Akademiya şöbəsinə təyinat olub.

Şöbəyə müdir olaraq Fariz İmranov təyin edilib.

Bu haqda Milli Məclisin Elm və təhsil komitəsinin iclasında millət vəkili İsa Həbibbəyli məlumat verib. O əlavə edib ki, Moskvada təhsil alan F. İmranov bir neçə dil bilir və fizika-riyaziyyat elmlər doktorudur.

Qeyd edək ki, adıçəkilən şöbə qurumda sənədlərin elektron dövriyyəsi sisteminin yaradılması, informasiya texnologiyalarından istifadənin imkanlarının elmdə və idarəetmədə genişləndirilməsi, kibertəhlükəsizliyinin təmin edilməsi məqsədilə ötən gün yaradılıb.