Gündəm / Cəmiyyət
21 yanvar 2022
56
Ramiz Mehdiyevə görə istefa verən direktorun ərizəsi qəbul edilmədi
Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov akademiyanın prezidenti Ramiz Mehdiyevin Rəyasət Heyətinin iclasında institutla bağlı səsləndirdiyi fikirlərə görə istefa verəcəyini demişdi.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli bununla bağlı "Unikal"a açıqlamasında bildirib ki, Tarix İnstitutunun Baş direktoru Kərim Şükürov səhər saatlarında AMEA-nın Rəyasət Heyətinə gəlib və istefa verməsi ilə bağlı rəsmi ərizə ilə müraciət edib.
İ.Həbibbəyli diqqətə çatdırıb ki, bu dəqiqələrdə K.Şükürovun ərizəsinə baxılıb və onun istefası qəbul olunmayıb: "Onun fəaliyyətini davam etdirməsi məqsədəuyğun sayılıb. Gün ərzində bir neçə dəfə Kərim Şükürova zəng etmişəm, amma onun telefonu bağlıdır. Kərim Şükürovla görüşüb, bu məsələni danışmaq istəyirəm".
Daha çox xəbər:
Ramiz Mehdiyevin qohumu 1 milyonluq tender keçirdi
Gündəm / CəmiyyətRamiz Mehdiyev dünyasını dəyişdi...
HadisəAzərbaycanlı məşhur alim vəfat etdi
Gündəm / Cəmiyyət"Özbaşınalıq baş alıb gedib" - Ramiz Mehdiyev
Gündəm / CəmiyyətSiyavuş Novruzov: “Ramiz Mehdiyev məni aldadıb yalan məlumat verdi”
Siyasət