Gündəm / Cəmiyyət
17 fevral 2023
1

Deputat quru sərhədlərinin açılmasını TƏKLİF ETDİ

Deputat quru sərhədlərinin açılmasını TƏKLİF ETDİ


Milli Məclisdə quru sərhədlərin açılması təklif olunub.

Bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib.

O bildirib ki, Naxçıvanla Türkiyə arasında quru sərhədlər açılıb:

"İndi də Gürcüstanla quru sərhədlər açılmalıdır ki, tələbələr rahat şəkildə ölkəyə qayıda bilsinlər. Əgər biz qorxuruq ki, onlar xəstəlik gətirərlər, bu elə deyil. Nəzərə çatdırım ki, həmin şəxslər təyyarə ilə də gəlirlər. Xəstəliklə bağlı hər hansı narahatçılığımız varsa, sərhəddə xüsusi tibbi məntəqə yaradıla bilər. Ölkə konstitusiyasına görə heç bir halda Azərbaycan vətəndaşının ölkəyə qayıtmasına maneə yaratmaq olmaz. Konstitusiyada bu açıq şəkildə qeyd olunub. Türkiyədə qalan tələbələr də burada oturan deputatlarla eyni vətəndaş hüquqlarına malikdirlər”.