Siyasət / Dünya
25 iyul 2020
50

Gürcüstanın baş epidemioloqu Azərbaycanla sərhədlərin açılmasına münasibət bildirib

Gürcüstanın baş epidemioloqu Azərbaycanla sərhədlərin açılmasına münasibət bildirib

Milliinfo.az

Gürcüstanın qonşu ölkələrlə quru sərhədlərinin açılması hələ tövsiyə olunmur.

Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze "Pirveli" televiziyasına bildirib.

Onun sözlərinə görə, 4 qonşu ölkənin hər birinin əhalisi çoxdur: "Bu vaxta qədər Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya ilə sərhədlər bağlı olaraq qalır. Quru sərhədlə sərbəst hərəkətin bərpası indiki mərhələdə məsləhət görülmür".

Mərkəz rəhbəri deyib ki, qonşu ölkələrdən Gürcüstan vətəndaşlarının ölkə ərazisinə daxil olması xüsusi protokola uyğun həyata keçirilir: "Pandemiya dövründə karantinə alınanların 25%-də koronavirus aşkarlanıb. Karantinə yerləşdirmə effektiv tədbirdir və biz virusa yoluxan hər hansı bir şəxsin virusu yaymasına imkan verməmişik".

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Azərbaycan-Gürcüstan sərhədi vasitəsilə sərbəst hərəkət martın 14-dən dayandırılıb.